Kriştiano Ronaldo yeni istifadəyə verdiyi öz ''yutub'' səhifəsində Rio Ferdinanda verdiyi müsahibənin daha bir hissəsini yerləşdirib.
Hazırda ''Əl-Nəsr''də çıxış edən və bu yaxınlarda peşəkar karyerasında 901-ci qolunu vuran portuqaliyalı sabiq klubu ''Real'' haqda diqqətçəkən açıqlamalar verib. 2009-18-ci illərdə şərəfini qoruduğu Madrid nəhəngində 438 oyuna 450 qol vuraraq inanılmaz göstəricilərə malik olan Ronaldo ''Real''ı tarixin ən güclü klubu adlandırıb:
''Real'' çox yaxşı təsir bağışlayır. Bu komandanın əsas özəlliyi odu ki, təzyiq altında olarkən təşvişə düşmür. İnsanlar deyir ki, Çempionlar Liqasında onların tez-tez bəxti gətirir. Xeyr, bu, ''bəxt'' deyil. Onlar çətinliyə hazırlıqlıdılar. ''Santyaqo Bernabeu''nun həqiqətən də fərqli aurası var. Böyük komandalar ora səfər etdikdə və qol vurduqda ''Real'' bilir ki, 85-ci və ya 90-cı dəqiqədə də olsa, oyunu lehinə çevirməyə qadirdi. Mənim üçün ''Real'' tarixin ən güclü klubudu. Orda klub tarixinin ən məhsuldar oyunçusu oldum və 4 dəfə Çempionlar Liqasını qazandım. Orda keçirdiyim hər andan böyük zövq aldım''.
ƏLİ