Ronaldo “Real”a qayıdır?

1.12.2022 15:56 369
Dünya futbolu
Kriştiano Ronaldonun sabiq klubu “Real”a qayıda biləcəyi iddia edilir.

Football-plus.az xəbər verir ki, noyabrda “Mançester Yunayted”lə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən ulduz futbolçu indi azad agent statusuna malikdi.

37 yaşlı futbolçunun 2009-18-ci illərdə oynadığı Madrid klubuna dönə biləcəyi haqda xəbər yayılıb. “Real”ın mətbuat xidməti hücumçunun nümayəndələrinin onu sabiq klubuna təklif etməsi ilə bağlı iddiaya belə münasibət bildirib: “Ronaldonun klubumuza mümkün transferini şərh etməyəcəyik. Çünki bu, şəxsi məlumatdı”.