''Atletiko'' həmin mövsümü 90 xalla, ''Barselona'' ilə Çempionlar Liqasının qalibi olmuş ''Real'' isə 87 xalla tamamlamışdı. Ardanı dinləyək:
''Premyer-liqanı qazanan ''Lester''ə və Türkiyə çempionu olmuş ''Bursaspor''a böyük hörmətim var. Amma ''Atletiko''nun çempionluğu idman tarixinin ən çətin çempionluqlarından biridi. Çünki qarşımızda tarixin ən güclü ''Barselona''sı və bəlkə də gəlmiş getmiş ən güclü ''Real'' var idi. Bir tərəfdə Kriştiano Ronaldo, digər tərəfdə Lionel Messi. Bizim çempion olmağımız mümkünsüz görünürdü. Oyun bitdikdən sonra duş almağa gedirdin, qayıtdıqdan sonra görürdün ki, ''Real'' artıq 2:0 öndədi. Hər dəfə xəyallarımızı öldürürdülər. Ona görə də biz hər dəfə yeni xəyallar qurmağa məcbur olurduq''.
ƏLİ





