Avqustda həmkarlarını arxada qoydu

10.09.2024 23:04 258
Dünya futbolu
İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Barselona”nın baş məşqçisi Hans-Diter Flik olub. Almaniyalı mütəxəssisin komandası İspaniya çempionatında keçirdiyi ilk 4 oyunun hamısında qələbə qazanıb. “Barselona” “Valensiya”, “Atletik” və “Rayo Valyekano”nu 2:1, “Valyadolid”i isə 7:0 heabı ilə məğlub edib.

Xatırladaq ki, Flik İspaniya klubuna may ayında baş məşqçi təyin olunub.