İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, nominantların siyahısına 3 mütəxəssis düşüb. Onlar Karlo Ançelotti (Real), Ruben Baraxa (Valensiya) və Miçel Sançesdi (Jirona).
Xatırladaq ki, İspaniya çempionatında avqust ayında keçirilən 3 turun oyunlarından sonra “Real” 9 xalla liderlik edirdi, “Jirona” 7, “Valensiya” 6 xal toplamışdı.