La Liqada hamını arxada qoydu

10.09.2023 22:15 248
Dünya futbolu
İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyanın qalibi Karlo Ançelotti olub. 64 yaşlı italiyalının çalışdırdığı “Real” ötən ay ölkə çempionatında keçirdiyi oyunlarda maksimum nəticə göstərib. Paytaxt komandası “Atletik” (2:0), “Almeriya” (3:1) və “Selta”ya (1:0) qalib gəlib.

“Real” hazırda La Liqada 4 oyuna 12 xalla liderdi.