Yeni baş məşqçinin maaşı açıqlandı

4.06.2024 15:34 175
Dünya futbolu
Bilindiyi kimi, Hans-Diter Flik bir neçə gün əvvəl “Barselona”nın baş məşqçisi təyin olunub.

Artıq onun İspaniya klubundakı maaşı müəyyənləşib. İspaniya mənbələrinin məlumatına görə, alman mütəxəssisin maaşı vergilər çıxılmadan ildə təxminən 9-11 milyon avro olacaq. Xatırladaq ki, Flikin “Barselona”ya baş məşqçi kimi təyinatı mayın 29-da açıqlanıb. Onunla imzalanan müqavilənin müddəti 2026-cı il iyunun 30-na qədərdi.

Xatırladaq ki, Flik 2019-21-ci illərdə “Bavariya”nın, sonra Almaniya yığmasının baş məşqçisi olub.