Ayın ən yaxşı məşqçisi seçildi

29.02.2024 22:50 172
Dünya futbolu
İspaniya La Liqasında fevralın ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Ernesto Valverde olub.

Turnirin saytının yaydığı xəbərə görə, “Atletik”in çalışdırıcısı ilin ikinci ayının ən yaxşı məşqçisi seçilib. O, səsvermədə Xavi Ernandes (Barselona) və Kike Sançes Floresi (Sevilya) qabaqlayıb.

Xatırladaq ki, “Atletik” fevralda “Malyorka”ya (4:0) və “Jirona”ya (3:2) qalib gəlib, “Almeriya” ilə heç-heçə (0:0) edib, “Betis”ə isə (1:3) məğlub olub.

Komanda hazırda İspaniya çempionatında 26 oyuna 49 xalla 5-ci yerdədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul