“Barselona”nın yeni baş məşqçisi alman olacaq?

5.03.2024 10:50 195
Dünya futbolu
“Barselona” rəhbərliyi baş məşqçi problemini yoluna qoymağa çalışır.

Bilindiyi kimi, Xavi Ernandes mövsümün sonunda postunu tərk edəcək. Komandanın yeni çalışdırıcısı almaniyalı ola bilər. Belə ki, rəhbərliyin danışıq apardığı 4 mütəxəssisdən 3-ü bu ölkəni təmsil edir. İspaniya klubu italiyalı Roberto De Zerbi (Brayton), Yulian Naqelsmann (Almaniya yığması), Hans-Diter Flik (işsiz) və Tomas Tuxel (Bavariya) ilə təmas qurub.

“Barselona” rəhbərliyi yeni çalışdırıcısını martın sonuna qədər müəyyən etməkdə qərarlıdı.