“Futbol oynamaq istəmirdim, bəzi insanlara görə “Kəpəz”ə keçdim”

10.09.2024 22:29 307
Ölkə futbolu
Xəbər verdiyimiz kimi, Turan Manafovun “Kəpəz”ə keçidi rəsmən açıqlandı. Hələ də qaranlıq qalan odu ki, futbolçu xaricə getməyi planlaşdırarkən hansı səbəbdən Gəncə variantı üzərində dayandı.

Görəsən, Manafov niyə belə qərara gəldi?
Daha dəqiq məlumat almaq üçün Turanla əlaqə saxladıq. Onun “Football-plus”a cavabı isə belə oldu:

“Bu ölkədən təkliflərim onsuz da vardı. Mən futbol oynamaq istəmirdim. İndi də qeyri-adi bir şey yoxdu. Bəzi insanlara görə “Kəpəz”ə keçdim, bu qədər”.


Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Araz-Naxçıvan”dan Azər Bağırovun gedişinə görə ayrıldığını açıqlamışdı.

RÖYANƏ OĞUZ