Turan Manafov “Kəpəz”də?!

28.08.2024 19:13 403
Premyer-liqa / Manşet
“Araz-Naxçıvan”dan ayrılandan sonra klubsuz qalan Turan Manafovun yeni komandası bəlli olub.

Bir müddətdi başqa ölkələrin klublarıyla danışıq aparan müdafiəçi yenidən Azərbaycan premyer-liqasında çıxış edəcək.

“Football-plus.az”ın məlumatına görə Manafovla “Kəpəz” arasındakı danışıqlar müsbət nəticələnib. Gəncəlilər hələ iki ay əvvəl müdafiəçiyə təklif göndərsə də, o, xaricə getmək planı olduğundan razılıq verməmişdi. Belədə “sarı-göylər” 26 yaşlı oyunçuya yenidən müqavilə təklif edib. Ancaq 3 gün əvvəl bazaya getməli olan futbolçu hələ də düşərgədə deyil. Qərar verməkdə tələsmək istəməyən Turana başqa klubdan da təklif var.

Qeyd edək ki, “Araz-Naxçıvan”dan ayrılan Orxan Əliyevlə Nicat Süleymanov da bir müddət əvvəl “Kəpəz”lə anlaşıb.

RÖYANƏ OĞUZ