Xəbər verdiyimiz kimi, Adil Şükürov “Kəpəz”in baş məşqçi postundan istefa verdi.
Artıq Gəncə təmsilçisinin yeni çalışdırıcısının bəlli olduğu haqda bilgilər yayılıb. İddialara inansaq, “sarı-göylər” “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırovla danışıqlara başlayıb. İnformasiyanın səhih olub-olmadığını öyrənmək məqsədilə Azər bəylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında “Kəpəz”lə danışıqlar aparmadığını dedi.
Qeyd edək ki, Azər Bağırov bu ilin aprelində “qırmızı-ağlar”dan ayrılıb.
KƏNAN BAHADIR