Turan Manafov hansı kluba gedir? - “Birillik müqavilə imzalayacaq”

28.08.2024 11:55 426
Aktual / Ölkə futbolu
Turan Manafov “Araz-Naxçıvan”dan ayrılandan sonra hələ də işsizdi.

Azər Bağırova görə klubdan ayrılan Manafovun legioner həyatı yaşayacağı gözlənilirdi. Hətta meneceri Kiprdən və Polşadan təkliflər olduğunu demişdi. Lakin çempionat başlasa belə, 26 yaşlı futbolçu nə xarici, nə də yerli klublarla anlaşıb. Bəs Turan yerli klublarda oynamağa razıdı?

Mövcud durumla bağlı Turan Manafovun meneceri Kamran Şahverdiyevlə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:

“Təəssüf ki, xarici klublarla danışıqlar uğurlu alınmadı. Maliyyə məsələsində ortaq məxrəcə gələ bilmədik. Çox güman, yerli klublardan biri ilə birillik müqavilə imzalayacaq. Hazırda iki klubdan təklif var”.

RÖYANƏ OĞUZ