Coşqun Diniyevin yeni klubu açıqlandı

27.07.2024 21:06 465
Dünya futbolu
Millimizin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, "Ümraniyəspor"dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm "Ümraniyespor"un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.