• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” ilə “Selta” zirvəyə şərikdi - ŞƏRH

Dünya futbolu

31-08-2024, 11:0

La Liqada hesabat turu nəhənglərin – “Real”, “Barselona” və “Atletiko”nun qələbəsi ilə əlamətdar oldu. “Selta” da mövsümün əvvəlini inamlı keçirir. Viqo klubu ardıcıl 2-ci əzmkar qələbəsini qazandı.

“Real” “Valyadolid”i darmadağın etsə də, çətin ki, Ançelotti bu qələbədən razı qala. Onun komandası ilk yarıda rəqib qapısı önündə heç bir təhlükəli vəziyyət yaratmadı. Yalnız Mbappe bir dəfə qapıya zərbə vurmağa imkan tapdı. Fasilədən az sonra madridlilərin bəxti gətirdi. Valverde 25 metrdən cərimə zərbəsi yerinə yetirərkən top qapıçı Heynin üzərinə gedirdi. Ancaq “canlı sədd”də dayanan Yuriçdən səkərək tora düşdü.

“Real” təzyiqi artırsa da, daim nəsə çatmırdı. Gülərin zərbəsinin qarşısını Heyn aldı, Rodriqo ilə Vinisius bir-birinə mane oldu. Mbappe də La Liqada ilk qolunu vurmağa yaxın idi. Hadisələrin belə axarından narazı qalan Ançelotti hücum xəttini tam yenilədi. Məhz sonradan meydana çıxan oyunçular – Diasla Endrik son dəqiqələrdə fərqi darmadağın həddinə çatdırdı.
“Atletiko” da “Jirona” üzərində 3:0 hesablı qələbə qazandı, sadəcə, bu oyun məzmunca fərqli idi. İspaniyanı Çempionlar Liqasında təmsil edən komandalardan yalnız birinin bu yarışa hazır olduğu göründü. İlk yarının sonunda qonaqların qapıçısı Qassaniqa cərimə meydançasından kənarda əllə oynadı. Hakim ona yalnız sarı vərəqə göstərdi, 17 metrdən standart vəziyyəti yerinə yetirən Qrizmann isə hesabı açdı.

Kataloniyalılar dərhal intriqanı bərpa edə bilərdi, ancaq Ruis qapıçı meydançası daxilində Oblakla bacarmadı. Düşünmək olardı ki, 2-ci hissədə meydanda daha gərgin mübarizə gedəcək. Ancaq Qassaniqa intriqanın axırına çıxdı. O, Lyorentenin o qədər də çətin olmayan zərbəsinin qarşısını ala bilmədi. Dəyişikliklərdən sonra “Jirona” topa nəzarət etməyə başlasa da, Oblakın qapısı önündə təhlükəli vəziyyətlərin sayı yox dərəcəsində idi. Uzatma dəqiqələrində isə darmadağın reallaşdı. Lyorentenin ötürməsindən sonra Koke Qassaniqanı məyus etdi.

Xavinin sevimli hesabı 1:0 idi. Belə görünür ki, Flik 2:1-ə üstünlük verir. “Barselona” yenə bu hesabla qalib gəldi. Düzdü, bu dəfə kataloniyalılar hesabı açdı. İlk yarının ortalarına qədər meydanda heç bir maraqlı hadisə baş vermədi. Yamal 24-cü dəqiqədə hesabı açandan sonra oyun canlandı. İti bucaq altında olan Levandovski topu uzaq dirəyə vurdu, 42-ci dəqiqədə isə “Barsa”nın qapısına penalti təyin olundu. Sanset hesabı bərabərləşdirmək imkanını qaçırmadı. Fasilədən sonra Levandovski növbəti dəfə topu dirəyə vurdu. “Atletik”dən isə Uilyams qardaşları nəsə etməyə çalışırdı.

Hər halda, Levandovski “Barsa”nı əsəbi sonluqdan xilas etdi. Pedri topu qapıçı meydançasına qaldırdı, Padilyanın qaytardığı top polşalı ulduzun önünə düşdü, o isə belə imkanə əldən vermədi. Baskların hesabı bərabərləşdirmək üçün irəli atılmağa gücü qalmamışdı.

“Selta” yaxşı, “Valensiya” pis mənada təəccübləndirməkdədi. “Yarasalar” “Barselona” ilə oyunda olduğu kimi, yenə hesabı açdılar, ancaq ardından üç top buraxdılar. Cəmi 14 dəqiqə sonra hesab artıq 2:1 viqoluların xeyrinə idi. Hələ Mamardaşvili 45+5-ci dəqiqədə Aspasın penaltini qola çevirməsinə imkan vermədi. Bununla belə, Beltran 60-cı dəqiqədə “Selta”nın 3-cü qolunu vurdu. Qalan vaxt ərində “yarasalar” heç nə ilə yadda qalmadı.

“Vilyarreal” da bu mövsüm canlanıb. İlk turda evdə “Atletiko” ilə heç-heçə edən “sarılar” bu dəfə səfərdə “Sevilya”ya qalib gəldi. Onlar qələbə topunu 90+5-ci dəqiqədə vurdu.

Turun qalan oyunlarına gəlincə, “Leqanes” evdə “Las Palmas”dan üstün oldu – 2:1. “Xetafe” ilə “Rayo Valyekano”nun qarşılaşdığı Madrid derbisi çox sönük keçdi və bunun məntiqi nəticəsi kimi hesab açılmadı. “Alaves” – “Betis” oyunu da qolsuz bitdi. “Malyorka” səfərdə “Osasuna”ya uduzdu. Mövsümlərarası dövrdə Breytveytlə vidalaşan “Espanyol” da ardıcıl 2-ci oyunda qələbəyə həsrət qaldı. “Real Sosyedad”a qələbə qazandıran yeganə qolu sonradan meydana çıxan Kubo vurdu.

2-ci tur
Real – Valyadolid 3:0
Valverde, 50. Dias, 88. Endrik, 90+6. (70178)
Real: Kurtua, F.Qarsiya, Rüdiger, Militao, Karvaxal, Çuameni, Valverde, Vinisius (Sebalyos, 85), Gülər (Dias, 69), Rodriqo (Sebalyos, 69), Mbappe (Endrik, 86).
Barselona – Atletik 2:1
Yamal, 24. Levandovski, 75 – Sanset, 42-p. (46448)
Barselona: Ter Ştegen, Balde (Martin, 90), Martines, Kubarsi, Kunde, Pedri, Bernal (E.Qarsiya, 83), Torres (Lopes, 63), Rafinya, Yamal (Viktor, 90), Levandovski.
Atletiko – Jirona 3:0
Qrizmann, 39. Lyorente, 48. Koke, 90+4. (60414)
Atletiko: Oblak, Le Norman, Ximenes, Aspilikueta, Barrios, De Paul (Koke, 59), Rikelme (Qallaher, 58), Lyorente, Lino (Mandava, 68), Qrizmann (Korrea, 81), Alvares (Sörlot, 81).
Jirona: Qassaniqa, Qutyerres, Blind, Dav.Lopes, Martines, Martin (Portu, 59), Romeo (Solis, 59), Errera, Xil, Sıqankov (Almena, 68), Ruis (Miyovski, 59).
Selta – Valensiya 3:1
Minqesa, 23. Aspas, 28. Beltran, 60 – D.Lopes, 14. (23519)
Sevilya – Vilyarreal 1:2
Lukebakio, 45+6 – Qruneveld, 2. Peres, 90+5. (34004)
Osasuna – Malyorka 1:0
Rub.Qarsiya, 55. (19900)
Xetafe – Rayo Valyekano 0:0
(9529)
Espanyol – Real Sosyedad 0:1
Kubo, 80. (20900)
Leqanes – Las Palmas 2:1
Krus, 71. Frankesa, 85 – Ramires, 90+3. (10052)
Alaves – Betis 0:0
(16623)

1. Selta 2 2 0 0 5-2 6
2. Barselona 2 2 0 0 4-2 6
3. Atletiko 2 1 1 0 5-2 4
4. Real 2 1 1 0 4-1 4
5. Vilyarreal 2 1 1 0 4-3 4
6. Leqanes 2 1 1 0 3-2 4
7. Rayo Valyekano 2 1 1 0 2-1 4
8. Osasuna 2 1 1 0 2-1 4
9. Real Sosyedad 2 1 0 1 2-2 3
10. Valyadolid 2 1 0 1 1-3 3
11. Xetafe 2 0 2 0 1-1 2
12. Betis 2 0 2 0 1-1 2
13. Sevilya 2 0 1 1 3-4 1
14. Las Palmas 2 0 1 1 3-4 1
15. Atletik 2 0 1 1 2-3 1
16. Alaves 2 0 1 1 1-2 1
17. Malyorka 2 0 1 1 1-2 1
18. Jirona 2 0 1 1 1-4 1
19. Espanyol 2 0 0 2 0-2 0
20. Valensiya 2 0 0 2 2-5 0


Bombardir: Levandovski (Barselona) – 3.
Növbəti turun oyunları: Vilyarreal – Selta, Malyorka – Sevilya, Rayo Valyekano – Barselona, Atletik – Valensiya, Valyadolid – Leqanes, Real Sosyedad – Alaves, Atletiko – Espanyol, Jirona – Osasuna, Las Palmas – Real, Betis – Xetafe.

Turun rəqəmi
1 – Endrik “Real”ın 21-ci əsrdə La Liqada debüt oyununda qol vuran ən gənc (18 yaş 35 gün) oyunçusudu. Həmçinin bu zaman kəsiyində çempionatdakı ilk oyununda fərqlənən 5-ci ən gənc oyunçudu.

Turun ulduzu
Oskar Minqesa (Selta) – “Barselona”nın yetirməsi “yarasalar”la oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. “Selta”nın ardıcıl 2-ci əzmkar qələbəsinin memarı oldu.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Mbappenin üç fərqlənmək imkanı oldu. Düşünürəm ki, burda da qolları sıralamağa başlayacaq. Solda və ya sağda oynamasının fərqi yoxdu”.

Reaksiya
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Qələbəyə görə sevinirəm. Qələbə ehtirasının və enerjisinin olması normaldı, ancaq bir qədər sakitlik də lazımdı. “Atletik”in necə oynayacağını bilirdik. Bu gün boş zonalardan yaxşı yararlandıq. Niyyətimiz həmişə qələbə qazanmaqdı. Bunun üçün müdafiə ilə hücum arasında yaxşı balans olmalıdı. “Valensiya” ilə oyunla müqayisədə bu gün daha inamlı qələbə qazandıq”.

Faktlar
* “Xetafe” – “Rayo Valyekano” oyununda komandalardan heç biri qapıya zərbə vurmadı. Bu isə 2003/04 mövsümündən bəri La Liqada ilk belə matçdı.
* “Selta” Klaudio Xiraldesin rəhbərliyi altında evdə keçirdiyi ilk 7 çempionat oyununun heç birində uduzmayıb (5 qələbə, 2 heç-heçə). Qalisiyalıların sabiq baş məşqçisi Viktor Fernandes də 1998-ci ildə belə nəticəyə nail olmuşdu (4 qələbə, 3 heç-heçə).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-08-2023, 19:0

“Real” zirvədədi, “Barsa” sonda ayıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Dünya futbolu / Reportaj

18-08-2024, 21:0

“Real”ın 6-cı, Ançelottinin isə 5-ci superkubok - REPORTAJ

Dünya futbolu

2-10-2023, 22:0

Kataloniya təmsilçisi zirvədə: ancaq bu dəfə “Barsa” yox, “Jirona”!

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə