İspaniya La Liqasının 2024/25 mövsümünün ilk turunun təqvimi məlum olub.
Mövsüm avqustun 15-də “Atletik” – “Xetafe” matçı ilə başlayacaq. Sonuncu tur isə 2025-ci il mayın 25-də keçiriləcək. 1-ci turun təqvimi aşağıdakı kimidi:
Atletik – Xetafe
Betis – Jirona
Malyorka – Real
Las Palmas - Sevilya
Villarreal - Atletiko
Valensiya - Barselona
Real Sosyedad – Rayo Valyekano
Selta – Alaves
Osasuna – Leqanes
Valyadolid – Espanyol/Ovyedo
La Liqanın yeni mövsümündə “El Klasiko”ların keçiriləcəyi tarixlər də müəyyənləşib. “Real” və “Barselona” 11-ci və 35-ci turlarda üz-üzə gələcəklər. 11-ci turun matçı oktyabrın 27-də, 35-ci turun oyunu isə gələn il mayın 11-də keçiriləcək.