Fransadan Səudiyyə Ərəbistanına yollandı

18.01.2024 22:30 169
Dünya futbolu
“Marsel”in futbolçusu Renan Lodinin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Braziliya millisinin üzvü Səudiyyə Ərəbistanında çıxış edəcək. O, “Əl-Hilal”a keçib. Klubun mətbuat xidmətinin məlumatına görə, “Əl-Hilal” futbolçu üçün 23 milyon avro ödənilib. 25 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lodi bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 23 oyun keçirib.