İtaliyadan Səudiyyə Ərəbistanına

28.07.2022 22:11 467
Dünya futbolu
Gözlənildiyi kimi, David Ospina “Napoli”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, Kolumbiya millisinin qapıçısı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Əl-Nəsr” saytı vasitəsilə 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. David Ər-Riyad klubuna azad agent kimi qoşulub.

Ospina “Napoli”də 2018-ci ildən çıxış edirdi. O, ötən mövsüm A seriyasında 31 matçda meydana çıxıb.