Gözlənildiyi kimi, Aleksandr Sörlot iş yerini dəyişib. O, İspaniyanın digər klubuna keçib.
“Football-plus.az” xəbər verir ki, “Atletiko” “Vilyarreal”ın hücumçusunu transfer edib. Norveçli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı Aleksandr “Vilyarreal”da 2023-cü ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 41 oyunda 26 qol vurub və 6 qolun ötürməsini verib. Sörlotun xidmətində “Roma” da maraqlı idi.