“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən FKSB heyətinə yeni futbolçu cəlb edib.
Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb. Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb. 31 yaşlı rumıniyalı oyunçu ölkəsinin “Farul” klubundan transfer edilib.
Qeyd edək ki, “Qarabağ” - FKSB matçı 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.