"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Malmo" (İsveç) futbolçusu Peter Qvarqis ilə yollarını ayırıb.
“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi "Dahuk"a (İraq) keçib.
Qeyd edək ki, "Qarabağ" ilə "Malmo" arasındakı matç oktyabrın 3-də, Bakıda keçiriləcək və saat 20:45-də balayacaq.