“Qarabağ”ın rəqibindən növbəti transfer

3.09.2024 22:09 279
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən FCSB (Rumıniya) heyətini yeni futbolçu ilə gücləndirib.

“Football-plus.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb. 31 yaşlı rumıniyalı oyunçu son olaraq ölkəsinin "Farul" kollektivində çıxış edib.

Qeyd edək ki, "Qarabağ" - FCSB görüşü 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.