"Zirə" afrikalı oyunçu transfer etdi

2.08.2023 16:50 207
Ölkə futbolu
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb..

Paytaxt təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib. 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum” Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.

Xatırladaq ki, "Zirə" bu yay Məqsəd İsayev, İsmayıl İbrahimli ("Qarabağ"dan icarəyə götürülüb), Ruan Renato, Fuad Bayramov ("Şamaxı"dan icarəyə götürülüb), Tiaqo Silva, Stefan Aka və Pyer Zeblini də heyətinə cəlb edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul