• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 12:0

A seriyasında 11-ci turda qeydə alınan nəticələrdən sonra “İnter” liderliyini qorudu.

"Football-plus.az" xəbər verir ki, Milanın eyniadlı digər komandası isə daha bir uğursuz nəticə ilə liderlər qrupundakı mövqeyini zəiflətdi.
“İnter” çətin Berqamo səfərinə çıxsa da, maksimum nəticəyə nail oldu. Simone İnzaqinin komandası “Atalanta” ilə matçda rəqibin kobud oyunu ilə üzləşdi. Nəticədə müdafiəçi Pavar zədələndi. Onun yerinə meydana çıxan Darmian isə qonaqlara penalti qazandırdı və Çalhanoğlu hesabı açdı. Effektli oyun sərgiləyən milanlılar fasilədən sonra Lautaro Martineslə daha bir qol vurdular. Argentinalı dünya çempionu bu mövsüm 12-ci qoluna sevinməklə bombardirlərin siyahısındakı liderliyini bir qədər də möhkəmləndirdi. Çox keçmədən ev sahibləri fərqi azaltsalar da, qalan vaxtda məğlubiyyətdən qaça bilmədilər.

Tura 2-ci yerdə başlayan “Yuventus” da çətin səfərə yollanmışdı. “Fiorentina” ilə matçda diqqəti əsasən müdafiəyə yönəldən turinlilər qolu əks-hücumda axtarmağa çalışdılar. Massimiliano Alleqrinin komandası məhz bu taktika sayəsində bir qol vuraraq ardıcıl 4-cü qələbəni qazanmaqla “İnter”lə 2 xallıq fərqin artmasına imkan vermədi.

Turun sensasiyası isə Milanda qeydə alındı. Eyniadlı komanda evdə bu mövsüm qələbə üzü görməyən “Udineze”dən xal ala bilmədi! Müxtəlif səbəblərdən heyətlə bağlı problemi olan “Milan”ın oyunboyu qapıya yol tapmaq üçün etdiyi cəhdlər heç bir nəticə vermədi. Bu azmış kimi, mübarizəyə 2-ci hissədə qoşulan Adli cərimə meydançasında Eboseleyə qarşı kobud oynayaraq penaltiyə səbəbkar oldu. Pereyra hesabı açandan sonra milanlıların rəqibi qapısına sıxışdıracağı gözlənilirdi. Bunu bacaran ölkə nəhəngi Silvestrinin qoruduğu qapıya heç cür yol tapa bilmədi. Son 3 oyunda yalnız 1 xal qazana bilən Stefano Pyolinin komandası liderdən 6 xal geri düşsə də, 3-cü yerdə qaldı.

“Atalanta”nın məğlubiyyəti daha çox “Napoli”nin işinə yaradı. Son çempion səfərdə “Salernitana”nın qapısından iki cavabsız top keçirməklə 4-cü yerə yüksəldi.

“Bolonya”nın 6-cı yerə çıxması isə təsadüfi deyil. Tyaqo Mottanın komandası evdə “Latsio”nu bir cavabsız qolla məğlub etdi. Paytaxtın digər komandası da az qala turu xalsız başa vuracaqdı. Ancaq “Roma” evdə “Leççe”dən son dəqiqələrdəki superəzmkarlığı ilə maksimum xal qopara bildi.

11-ci tur
Bolonya – Latsio 1:0
Ferqyuson, 46. (24178)
Latsio: Provedel, Maruşiç (Luka Pelleqrini, 48), A.Romanyoli, Patrik, Latsari, Luis Alberto, Rovella, Genduzi (Kamada, 81), Pedro (Zakkanyi, 57), Felipe Anderson (İsaksen, 81), Kastelyanos (İmmobile, 57).

Atalanta – İnter 1:2
Skamakka, 61 – Çalhanoğlu, 40-p. Lautaro Martines, 57. (14945)
Atalanta: Musso, Kolaşinats (Hatebur, 55), Skalvini (Toloy, 62), Cimşiti, Rucceri, Ederson, De Roon, Zappakosta (Paşaliç, 55), Lukmen (De Ketelare, 80), Koopmeyners (Muriel, 80), Skamakka.
İnter: Zommer, Açerbi, De Vrey, Pavar (Darmian, 33), Dimarko (Auqusto, 70), Dyumfris, Barella, Çalhanoğlu (Asllani, 86), Mxitaryan (Frattezi, 70), Lautaro Martines (Sançes, 86), Türam.

Milan – Udineze 0:1
Pereyra, 61-p. (71018)
Milan: Menyan, Florentsi, Tiav, Tomori, Kalabriya, Reynders (Loftus Çik, 67), Kruniç (Adli, 46), Musa (Romero, 82), Leao, Yoviç (Okafor, 82), Jiru.

Salernitana – Napoli 0:2
Raspadori, 13. Elmas, 82. (16812)
Napoli: Meret, Olivera, Rrahmani, Estiqor, Di Lorentso, Zambo Angissa, Lobotka, Zyelinski (Kayuste, 86), Kvaratsxeliya (Elmas, 67), Politano (Lindstrem, 77), Raspadori (Simeone, 67).

Roma – Leççe 2:1
Azmun, 90+1. Lukaku, 90+4 – Almkvist, 72. (64790)
Roma: Patrisio, Ndika, Lyorente, Mançini (Kristensen, 78), Karsdorp (Zalevski, 78), Bove (Sanşeş, 70), Kristante, Auar (Azmun, 73), Əl-Şaaravi (Belotti, 78), Dibala, Lukaku.

Fiorentina – Yuventus 0:1
Miretti, 10. (38225)
Fiorentina: Terraçano, Biraqi, Lukas Martines, Ranyeri (Mina, 89), Parizi, Mandraqora, Artur (İkone, 78), Kuame (Sottil, 78), Barak (Bonaventura, 79), Qonsales, Beltran (Nzola, 79).
Yuventus: Şçensnı, Qatti, Bremer, Ruqani, Kostiç, Lokatelli, Rabyo, Miretti (Kambyaso, 61), Makkenni, Ken (Kyeza, 68), Vlahoviç (Milik, 68).

Verona – Montsa 1:3
Folorunşo, 86 – Kolombo, 41; 73. Kaldirola, 84. (17505)

Kalyari – Cenoa 2:1
Viola, 48. Zappa, 69 – Qudmundsson, 51. (16412)

Frozinone – Empoli 2:1
Çuni, 58. İbrahimoviç, 74 – Kaputo, 86.

Torino – Sassuolo 2:1
Sanabriya, 5. Vlaşiç, 68 – Torstvedt, 18.

1. İnter 11 9 1 1 27-6 28
2. Yuventus 11 8 2 1 17-6 26
3. Milan 11 7 1 3 18-12 22
4. Napoli 11 6 3 2 24-12 21
5. Atalanta 11 6 1 4 19-10 19
6. Bolonya 11 4 6 1 12-8 18
7. Roma 11 5 2 4 22-14 17
8. Fiorentina 11 5 2 4 18-15 17
9. Montsa 11 4 4 3 12-10 16
10. Latsio 11 5 1 5 13-13 16
11. Frozinone 11 4 3 4 17-18 15
12. Torino 11 4 3 4 9-13 15
13. Leççe 11 3 4 4 11-14 13
14. Cenoa 11 3 2 6 12-16 11
15. Sassuolo 11 3 2 6 14-19 11
16. Udineze 11 1 7 3 7-14 10
17. Kalyari 11 2 3 6 11-22 9
18. Verona 11 2 2 7 7-15 8
19. Empoli 11 2 1 8 4-21 7
20. Salernitana 11 0 4 7 6-22 4

Bombardirlər: Lautaro Martines (İnter) - 12, Jiru (Milan), Lukaku (Roma), Osimhen (Napoli) - 6.
Növbəti turun oyunları noyabrın 10-12-si aralığında keçiriləcək: Sassuolo – Salernitana, Cenoa – Verona, Leççe - Milan, Yuventus - Kalyari, Montsa - Torino, Napoli - Empoli, Fiorentina – Bolonya, Udineze - Atalanta, Latsio – Roma, İnter - Frozinone.

Turun rəqəmi
11 - “Milan”ın çempionatdakı qələbəsiz oyunlar seriyası 3-ə çatdı. Lombardiya komandası 11 ildən sonra öz meydanında ilk dəfə ardıcıl iki oyunda qol vurmadan məğlub oldu.

Turun ulduzu
Marko Silvestri (Udineze) – Milandakı oyunda turun sensasiyasının reallaşmasında rol oynadı. Silvestri bir neçə epizodda effektli seyvləri ilə komandasının ilk qələbəsinə böyük töhfə verdi. Markonun Jirunun təhlükəli zərbəsinə verdiyi möhtəşəm reaksiyanı dəfələrlə izləməyə dəyərdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 23:0

A seriyasında ya “Spetsiya” qalacaq, ya da “Verona” – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

Milanlılar zirvəyə sahib çıxdılar, “Roma” son 73 ildə belə zəif start götürməmişdi - TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 20:0

“Yuventus” derbidə “Torino”ya 19 oyundu uduzmur – TURUN ŞƏRHİ

Dünya futbolu

1-10-2023, 21:0

27 dəqiqəyə poker etdi!

Dünya futbolu

7-06-2023, 21:0

“Yuventus” KL-də çıxış edəcək, “Milan” tifozisi İbrahimoviçi təmtəraqla yola saldı – TURUN ŞƏRHİ

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə