Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

3.09.2024 13:51 308
Ölkə futbolu
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.