FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFS (Latviya) – APOEL (Cənubi Kipr) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, RFS – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.