Əliyar Ağayev Millətlər Liqası oyununda

2.06.2022 14:26 594
Ölkə futbolu
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

"Football-plus.az" saytının məlumatına görə, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində iyunun 5-də, San-Marinonun Serravalle şəhərində keçiriləcək San-Marino – Malta qarşılaşmasının baş hakimi olacaq.


Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.