Əliyar Ağayev Avropa Liqasında bu oyunu idarə edəcək

6.09.2022 13:45 478
Dünya futbolu
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-an növbəti dəfə təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının referisi olacaq. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.