Bir London klubundan digərinə keçdi

2.09.2024 19:57 312
Dünya futbolu
“Arsenal”ı daha bir oyunçu tərk edib.

London klubu Ris Nelsonu icarəyə göndərib. Klubun saytının məlumatına görə, futbolçu “Fulhem”ə keçib. 24 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə imzalanan icarə müqaviləsi 1 illikdi.

Qeyd edək ki, Ris ötən mövsüm 23 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.