Bir İspaniya klubundan digərinə keçdi

21.07.2024 17:10 307
Dünya futbolu
Borxa İqlesias İspaniyada iş yerini dəyişib.

“Betis”in hücumçusu La Liqanın digər təmsilçisi “Selta”ya keçib. Viqo klubunun rəsmi saytının xəbərinə görə, 31 yaşlı ispaniyalı futbolçu 2024/25 mövsümünün sonuna qədər icarəyə verilib.

Qeyd edək ki, Borxa ötən mövsüm icarə əsasında “Bayer-04”də oynayıb. O, Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı hər iki matçda iştirak edib.