“Sauthempton” heyətinə yeni oyunçu cəlb edib.
“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl bundan sonar bu komandada oynayacaq. Klubun mətbuat xidmətinin xəbərinə görə, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. “Sauthempton” ingiltərəli futbolçu üçün “Arsenal”a 25 milyon funt sterlinq ödəyib.
London klubunda 2021-ci ildən çıxış edən Aaron 78 oyunda qapını qoruyub. Onun 2021-ci ildən İngiltərə yığmasında 5 oyunda iştirak etdiyini də bildirək. Əlavə edək ki, “Arsenal” rəhbərliyi Ramsdeylin yerinə “Bornmut”un qapıçısı Netonu bir mövsümlük icarəyə götürməyi planlaşdırır.