London klubunda yeni müqavilə

12.05.2024 22:00 140
Dünya futbolu
Jorjinyonun yayda klubunu dəyişməyəcəyi rəsmən açıqlanıb.

“Football-plus.az” xəbər verir ki, “Arsenal” rəhbərliyi yarımmüdafiəçi ilə müqaviləni yeniləyib. London klubunun rəsmi saytının məlumatına görə, yeni sözləşmənin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. Təcrübəli futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda qüvvədən düşəcəkdi.

32 yaşlı italiyalı futbolçu bu mövsüm “Arsenal”da 35 oyuna 1 qol vurub və 2 qolun ötürməsini edib.