“Yuventus” növbəti transferini reallaşdırıb.
Turin klubu çoxdan hədəfə aldığı Teun Koompeynersi sıralarına cəlb edib. İtaliya nəhəngi “Atalanta”dan aldığı 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayıb. “Yuventus” bu transfer üçün Berqamo klubuna 51,3 milyon avro təzminat ödəyib. Niderlandlı futbolçu “Atalanta”da 2021-ci ildən çıxış edirdi.
O, ötən mövsüm bütün turnirlərdə 51 matçda iştirak edib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.