“Yuventus”un futbolçusu Federiko Kyezanın “Liverpul”a keçidi dəqiqləşib.
“Mirror”un yaydığı xəbərə görə, italyalı vinger artıq İngiltərəyə yola düşüb. “Liverpul” 26 yaşlı yarımmüdafiəçi üçün “Yuventus”a 13 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
İtaliya millisinin üzvü 2020-ci ildən çıxış etdiyi Turin klubunun heyətində 131 rəsmi matçda meydana çıxıb, 32 qol vurub və 23 məhsuldar ötürmə edib.