Merih Demiralın gələcək karyerası ilə bağlı növbəti xəbər yayılıb.
“Atalanta” “Yuventus”un müdafiəçisini transfer edib. İtaliya mənbələri Berqamo klubunun bu transfer üçün 20 milyon avro təzminat ödədəyini xəbər verib.
Qeyd edək ki, Türkiyə millisinin müdafiəçisi ötən mövsüm icarə əsasında “Atalanta”da oynayıb. O, bu komandada bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.