Berqamodan Turinə yollanır

5.06.2024 12:16 143
Dünya futbolu
Teun Koopmeyners ilə bağlı bir neçə həftə əvvəl yayılan xəbər doğrulmaq üzrədi.

“Atalanta”nın 26 yaşlı yarımmüdafiəçisi karyerasını “Yuventus”da davam etdirəcək.

“Tuttosport” qəzetinin məlumatına görə, niderlandlı futbolçu Turin klubu ilə 5 illik müqavilə üzrə razılığa gəlib. Onun illik maaşının 4,5 milyon avro olacağı da bildirilib. Daha əvvəl Teunun “Liverpul”a keçə biləcəyi barədə də xəbərlər yayılmışdı. O, “Atalanta”da 2021-ci ilin avqustundan oynayır. Yarımmüdafiəçi son mövsümdə komandada bütün turnirlərdə 50 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “Atalanta” ilə Avropa Liqasının qalibi olub.

Koopmeynersin müqavilə ilə 2027-ci ilin yayına qədər bağlı olduğu klubu nə qədər irəli salacağı hələ ki məlum deyil.