Ruy Patrisionun yeni klubu məlum olub.
Portuqaliya millisinin qapıçısı “Atalanta”ya keçib. Bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Patrisio son mövsümü “Roma”da keçirib. O, ötən mövsüm meydana çıxdığı 24 oyunda 28 qol buraxıb, 6 matçda isə qapısını toxunulmaz saxlayıb.