Portuqaliya çempionundan ayrıldı

22.08.2024 17:09 316
Dünya futbolu
İngiltərə premyer-liqasına qayıdan “Sauthempton” heyətini yeni oyunçu ilə gücləndirib.

Portuqaliyanın son çempionu “Sportinq”in futbolçusu Mateus Fernandeş transfer edilib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fernandeş son mövsümü icarə əsasında ölkəsinin “Eştoril” klubunda keçirib. O, “Sportinq”in heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub.