37 yaşlı futbolçu ilə müqavilə yeniləndi

10.07.2022 19:42 447
Dünya futbolu
“İnter”in qapısını növbəti mövsümdə də Samir Handanoviç qoruyacaq.
İtaliya klubu qapıçı ilə müqavilənin müddətini uzadıb. 37 yaşlı sloveniyalı futbolçu milanlıların formasını daha bir il daşıyacaq.
Handanoviç “İnter”də 2012-ci ildən çıxış edir. O, ötən mövsüm bütün yarışlarda meydana çıxdığı 50 oyunda 40 top buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.