Gürcü futbolçu Fransada qaldı

20.07.2024 22:08 279
Dünya futbolu
Nəhayət, Jorj Mikautadzenin yeni komandası məlum olub.

Gürcüstan millisinin oyunçusu Fransada klubunu dəyişib. 23 yaşlı futbolçu “Mets”dən “Lion”a keçib. Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. Jorj ilə 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, AÇ-2024-də məhsuldar oyunu ilə yadda qalan Mikautadze 4 oyunda 3 qol vurmaqla turnirin ən yaxşı bombardirlərindən biri olub.