• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” zirvədədi, “Barsa” sonda ayıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 19:0

La Liqada heç bir oyun nəhənglər üçün asan keçmir.

"Football-plus.az" xəbər verir ki, “Real” və “Barselona” iki top fərqi ilə qələbə qazandı, bununla belə, bir saatdan sonra heç biri oyunun taleyini həll edə bilməmişdi. “Atletiko” və “Real Sosyedad” isə qələbəyə həsrət qaldı. Ötən mövsüm elitada yerini çətinliklə qoruyan “Valensiya”nın liderliyə şərik olması da maraqlı məqamdı.

“Kadis”lə oyun ərəfəsində “Barselona”nın çoxlu itkisi var idi. Söhbət Arauxo və Rafinya ilə yanaşı, cəzalı Xavidən də gedir. Ancaq kataloniyalılar onlarsız da favorit sayılırdı. Bu oyun nəhəng “Nou Kamp”da keçirilməsə də, hər kəs “Barsa”dan qələbə gözləyirdi. “Kadis”in oyunla bağlı planı ilk yarıda ideal işlədi. Rəqibin bir neçə təhlükəli vəziyyət yaratmasına imkan verən qonaqlar bir dəfə yaxşı əks-hücum da qurdular. Qolsuzluq “Barsa”nın oyunçularının əsəblərini sıradan çıxarırdı. Kataloniyalılar fasilədən sonra təzyiqi bir qədər də artırdı. Və “Kadis”in qapısı önündə daha tez-tez təhlükəli vəziyyətlər yaranmağa başladı. Ancaq qonaqlar dözürdülər. Qapıçı Ledesma isə fantastik səviyyədə oynayırdı. Sadəcə, istənilən müdafiə xətti gec-tez yarılmağa məhkumdu. “Kadis” də istisna deyil. Əsas vaxtın sonuna az qalmış Gündoğan gözəl ötürmə ilə rəqib müdafiəsini işsiz qoydu, Pedri isə hücumu dəqiq zərbə ilə bitirdi. Uzatma dəqiqələrində Torres 2-ci qolu da qonaqların qapısından keçirdi. Kataloniyalılar istədiyinə nail oldu. Ötən turdan fərqli bu dəfə artıq nəticə var.

“Almeriya” ilə oyun “Real”ın təsəvvür etdiyi kimi başlamadı. 3-cü dəqiqədə qol buraxırsansa, nəyisə dəyişmək lazımdı. Madridlilər taktiki baxımdam heç nəyi dəyişmədi, sadəcə, təzyiqi artıraraq elə ilk yarıda Bellingemin sayəsində hesabı bərabərləşdirdilər. Bundan sonra “Real” bir qədər sakitləşdi. “Almeriya”nın heyətində daha səviyyəli oyunçular olsaydı, Luninin qoruduğu qapıya yol tapmaq mümkün idi. “Real” hələ fasiləyə qədər irəli çıxdı, ancaq Kroosun vurduğu qol buna qədər Karvaxalın yol verdiyi kobudluğa görə qeydə alınmadı. Fasilə isə meydan sahiblərinin xeyrinə işləmədi. Onlar meydana bir qədər ruhdan düşmüş halda döndülər. Daha səviyyəli oyunçulara malik “Real” isə belə davranışı bağışlamır. Saatın tamamında Kroosdan ötürmə alan Bellingem madridliləri irəli çıxardı. 13 dəqiqə sonra isə Vinisiusa assistentlik etdi. Hər iki məşqçi 5 dəyişiklik etdi, ancaq meydan sahibləri bundan hansısa fayda götürmədi. “Real” 4-cü, hətta 5-ci qolu vurmağa daha yaxın idi, nəinki “Almeriya” fərqi azaltmağa. Heç bir gözlənilməzlik yoxdu: “ağ şimşəklər” turnir cədvəlinin önündə qərarlaşıb, Visente Morenonun komandası izə zirzəmidədi.

Turun mərkəzi oyununda azarkeşlər qol görmədi. “Betis” – “Atletiko” oyunu ümidləri doğrultmadı. Komandalar ehtiyatlı oynayır, səhv etməkdən çəkinirdilər ki, qolsuz heç-heçəni tam məntiqəuyğun nəticə saymaq olar. İlk yarıda “Betis” üstün idi. Meydan sahibləri daha təhlükəli hücumlar qururdular. Abner, Peres, İsko hesabı aça bilərdi. Amma fasilədən sonra “hindular” canlandı. 2-ci hissə onların hücumları ilə başladı. Qonaqların çoxsaylı künc zərbələrinin birində Ermoso az qala hesabı açacaqdı. Qapıçı Ruy Silva “Betis”i real qoldan xilas etdi. 2-ci hissənin ikinci yarısında isə meydanda maraqlı heç nə baş vermədi. Oyun yavaş-yavaş qolsuz sona yaxınlaşırdı və komandalardan heç biri bunun əleyhinə deyildi. Hər halda, həm “Betis”, həm də “Atletiko” liderlər qrupunda qalır.

İspaniyanın ÇL-dəki daha bir təmsilçisi – “Real Sosyedad” da qələbə qazana bilmədi. Minqesanın 4-cü uzatma dəqiqəsindəki dəqiq zərbəsi San-Sebastyan klubunun xal itirməsinə səbəb oldu. Həm “Real Sosyedad”, həm də “Selta” mövsümə uğursuz başladığından, bu dəfə meydana qələbə üçün çıxmışdılar. Meydan sahibləri 22-ci dəqiqədə Barreneçea ilə hesabı açdı. Amma uzatma dəqiqələrində Remiro Aspasın cərimə zərbəsini dəf etsə də, Minqesa təkrar zərbə ilə topu qapıya göndərdi.

Turun qalan oyunlarına gəlincə, “Valensiya” və “Vilyarreal” minimal, “Atletik” inamlı qələbə qazandı, ötən tur “Real Sosyedad”dan xal alan “Jirona” bu dəfə “Xetafe”ni darmadağın etdi. Dünən axşam keçirilən son iki oyunda “Alaves” və “Rayo Valyekano” sevindi.

2-ci tur
Barselona – Kadis 2:0
Pedri, 82. Torres, 90+4. (39603)
Barselona: Ter Ştegen, Balde (Fati, 69), De Yonq, Kristensen (Qarsiya, 79), Kunde, Pedri, Romeu (Roberto, 79), Qavi (Abde, 68), Gündoğan, Yamal (Torres, 85), Levandovski.
Almeriya – Real 1:3
Arribas, 3 – Bellingem, 19; 60. Vinisius, 73. (17561)
Real: Lunin, Qarsiya, Alaba, Rüdiger, Karvaxal, Kroos (Modriç, 71), Çuameni, Valverde (Vaskes, 90), Bellingem (Xoselu, 81), Vinisius (Dias, 90), Rodriqo (Kamavinqa, 71).
Betis – Atletiko 0:0
(51782)
Atletiko: Oblak, Karrasko (Lino, 64), Ermoso, Vitsel, Saviç, Aspilikueta, Lemar (Morata, 64), De Paul (Rikelme, 79), Lyorente (Barrios, 46), Depay (Saul, 64), Qrizmann.
Real Sosyedad – Selta 1:1
Barreneçea, 22 – Minqesa, 90+4. (30354)
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Traore (Sola, 78), Mendes, Subimendi, Turryentes (Paçeko, 79), Barreneçea (Oyarsabal, 64), Fernandes (Sadik, 64), Kubo (Şo, 79).
Valensiya – Las-Palmas 1:0
Pepelu, 74-p. (41503)
Malyorka – Vilyarreal 0:1
J.Moreno, 62. (17775)
Osasuna – Atletik 0:2
İ.Uilyams, 11. Quruseta, 20. (20704)
Jirona – Xetafe 3:0
Errera, 12. Stuani, 55; 65. (11784)
Alaves – Sevilya 4:3
Rioxa, 7. Duarte, 44. K.Qarsiya, 54; 59 – Abkar, 15-öz qapısına. Lamela, 41. Mir, 90+7. (15308)
Qranada – Rayo Valyekano 0:2
A.Qarsiya, 75. Siss, 79. (17338)
1. Real 2 2 0 0 5-1 6
2. Rayo Valyekano 2 2 0 0 4-0 6
3. Valensiya 2 2 0 0 3-1 6
4. Jirona 2 1 1 0 4-1 4
5. Atletiko 2 1 1 0 3-1 4
6. Barselona 2 1 1 0 2-0 4
7. Betis 2 1 1 0 2-1 4
8. Alaves 2 1 0 1 4-4 3
9. Osasuna 2 1 0 1 2-2 3
10. Atletik 2 1 0 1 2-2 3
11. Vilyarreal 2 1 0 1 2-2 3
12. Kadis 2 1 0 1 1-2 3
13. Real Sosyedad 2 0 2 0 2-2 2
14. Malyorka 2 0 1 1 1-2 1
15. Las-Palmas 2 0 1 1 1-2 1
16. Selta 2 0 1 1 1-3 1
17. Xetafe 2 0 1 1 0-3 1
18. Sevilya 2 0 0 2 4-6 0
19. Almeriya 2 0 0 2 1-5 0
20. Qranada 2 0 0 2 1-5 0
Bombardirlər: Bellingem (Real) – 3, Stuani (Jirona), K.Qarsiya (Alaves) – 2.

Növbəti turun oyunları avqustun 25-28-i aralığında keçiriləcək: Las-Palmas – Real Sosyedad, Selta – Real, Kadis – Almeriya, Qranada – Malyorka, Sevilya – Jirona, Vilyarreal – Barselona, Valensiya – Osasuna, Atletik – Betis, Xetafe – Alaves, Rayo Valyekano – Atletiko.

Turun rəqəmi
4 – Levandovskinin qolsuz oyunlar seriyası bu həddə çatdı. O, buna qədər “Malyorka” (28 may), “Selta” (4 iyun) və “Xetafe” (13 avqust) ilə oyunlarda da fərqlənə bilməmişdi. Robert sonuncu dəfə mayın 23-də “Valyadolid”in qapısına yol tapıb. 4 qolsuz oyun Levandovskinin “Barsa”dakı ən uğursuz seriyasının təkrarıdı. Apreldə də belə seriyası var idi.

Turun ulduzu
Cud Bellingem (Real) – Mbappe madridlilərin nəyinə lazımdı?! İngiltərəli hesabat turunda “qol+ötürmə” sistemi üzrə 3 xal topladı, faktiki təkbaşına komandasına əzmkar qələbə qazandırdı. Belə davam etsə, bombardirlər yarışının da içində olacaq.

Turun sitatı
Cud Bellingem, “Rea”ın yarımmüdafiəçisi: “Düşünürən ki, ötən mövsümlə müqayisədə on dəfə yaxşı oyunçuyam. “Real”da çox rahatam və hər gün nələrsə öyrənirəm. Burda səviyyə çox yüksəkdi, süngər kimi bacardıqca canıma çəkirəm”.

Fakt
Bellingem Kriştiano Ronaldonun rekordunu təkrarladı. “Real”ın yarımmüdafiəçisi La Liqadakı ilk iki oyununda fərqlənib. Sonuncu dəfə bunu portuqaliyalı 2009-cu ildə bacarmışdı. Özü də Kriştiano ardıcıl 4 oyunda fərqlənmişdi.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Qolları daha tez vurmalıydıq. Effektlilik bizə aid kəlmə deyil. Bu üzdən Gündoğanı transfer etmişik ki, sonuncu ötürmə ilə həlledici rol oynasın. Bizdə effektlilik və səbr çatmırdı. Ancaq düşünürəm ki, oyunumuz yaxşı alındı”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Almeriya” ideal əks-hücumlar qurmaqla bizi təəccübləndirdi. Onlar hesabı açlalar da, başımızı itirmədik, tədricən oyuna qoşulduq. Hücumda hərəkətliydik ki, bu də rəqibi özündən çıxarır. Vinisius, Rodriqo, Bellingem, cinah müdafiəçiləri... Düşünürəm ki, hücumda çoxlu variantımız var. Vinisius üçün qol sayına görə çərçivə müəyyənləşdirməmişəm. Onun mobilliyi təhlükəli vəziyyətlər yaratmaq baxımından bizim üçün faydalıdı. Dahiliyinə xələl gətirmək istəmirəm, ancaq bəzən hədsiz çox risk etməklə məni acıqlandırır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

19-05-2023, 15:0

“Barselona” – “Real”: 99:100

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Bu gün, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Bu gün, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Bu gün, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Bu gün, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Bu gün, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Bu gün, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə