Digər debütant “Akron” ÇSKA-dan 4 top buraxaraq pərən-pərən düşdü. Maraqlıdı ki, “hərbçilər” ötən mövsüm ərzində cəmi bir dəfə 4 top fərqli qələbə qazanmışdısa, bu mövsüm artıq ilk 6 turda iki dəfə belə qələbəyə seviniblər.
Bu tur əsas diqqətlər Sankt-Peterburqa yönəlmişdi. “Spartak”a qarşı zədəli olan əsas bombardiri Qluşenkovsuz oynamaq məcburiyyətində qalan “Zenit” ciddi problemlərlə üzləşdi. Qələbəyə layiq olan tərəf məhz “Spartak” idi. Yerakoviçin 62-ci dəqiqədə qırmızı vərəqə almasından sonra tam üstünlüyə yiyələnən Moskva nəhəngi heç cür qol vura bilmədi. Latışonok oyunu 6 seyvlə tamamladı. O, Sergey Semakın dönəmində “Zenit”in heyətində evdəki çempionat oyununda ən azı 6 seyv edən ikinci qapıçı oldu. 2021-də Lunyov “Axmat”la oyunda 9 seyv etmişdi. “Spartak”ın premyer-liqada piterlilərə qarşı qələbəsiz seriyası 12 oyuna yüksəldi. Səfərdə isə bu seriya hətta 17 oyuna çatdı! “Ağ-qırmızılar” prinsipial rəqibi səfərdə sonuncu dəfə 2012-nin mayında məğlub edib. Özü də həmin vaxt Semak penaltidən qol vurmuşdu. Yeri gəlmişkən, “Spartak”ın ardıcıl 5-ci rəsmi oyunda qol buraxmaması diqqəti çəkdi. Komandanın sonuncu dəfə belə seriyası 1998-də olmuşdu.
“Zenit”in məğlubiyyətsiz seriyası davam etsə də, komanda liderliyi əldən verməli oldu. Düzdü, Moskva “Dinamo”su evdə “Krasnodar”a uduzaraq zirvəyə yüksəlmək fürsətini əldən verdi. Murad Musayevin komandası ardıcıl 3-cü qələbə ilə turnir cədvəlində məhz elə “Dinamo”nu yaxaladı. Amma “Dinamo”dan fərqli “Lokomotiv” liderliyə yüksəlmək şansını əldən vermədi. “Dəmiryolçular” “Rostov” üzərində çətin qələbə qazanmaqla 6-cı turdan sonra xalını 15-ə çatdırdı. “Loko”nun sonuncu dəfə 6 turdan sonra bundan daha yaxşı startı 2002-ci ildə (16 xal) olub. Bundan başqa, “dəmiryolçular” ardıcıl 23-cü çempionat oyununda qol vurmaqla şəxsi rekordu yenilədilər.
6-cı tur
Zenit – Spartak 0:0
Zenit: Latışonok, Volkov (Alip, 46), Yerakoviç, Nino, Santos, Barrios, Vendel, Klaudinyo (Qorşkov, 83), Mostovoy (Yeroxin, 46), Pedro (Mantuan, 90), Kassyerra (Sergeyev, 90).
Spartak: Maksimenko, Denisov (Prutsev, 70), Litvinov, Babiç, Ryabçuk (Xlusüeviç, 46), Martins (Zobnin, 39), Umyarov (Çernov, 70), Bonqonda, Medina (Markinyos, 78), Barko, Uqalde.
Dinamo M – Krasnodar 0:1
Sa, 25.
Dinamo: Lunyov (Leşuk, 79), Dasa, Balbuena, Maystoroviç, Mariçal (Skopintsev, 46), Laksalt, Çaves (Qaqnidze, 84), Qladışev (Makarov, 74), Bitello, Karraskal (Bokov, 90+2), Tyukavin.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 46), Tormena, Kosta, Olasa, Pina Kastanyo (Çernikov, 46), Sa (Kobnan, 78), Spertsyan (Krivtsov, 69), Batçi (Olusequn, 46), Kordoba (Smolov, 90+6).
Lokomotiv – Rostov 3:2
Batrakov, 10. Samoşnikov, 37. Tiknizyan, 46 – Ronaldo, 13; 90+6.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Morozov, Silyanov, Barinov, Karpukas (Timofeyev, 75), Samoşnikov, Tiknizyan (Süleymanov, 60), Batrakov (Sarveli, 89), Vorobyov (Rakov, 60).
ÇSKA – Akron 4:0
Musayev, 49. Oblyakov, 60; 87-p. Moyzes, 82.
ÇSKA: Akinfeyev, Qayiç (Qlebov, 90), Diveyev, Roşa, Moyzes, Kruqovoy, Zdelar, Oblyakov (Kislyak, 90), Davila (Koyta, 80), Fayzullayev (Jemaletdinov, 80), Musayev (Şumanski, 90).
Rubin – Dinamo Mh 2:0
Daku, 45-p. Çumiç, 63.
Fakel – Orenburq 1:0
Qiorqobiani, 62.
Axmat – Ximki 3:3
Jirov, 73. Kardoso, 75. Lovat, 90+3 – Mirzov, 31. Rudenko, 67. Zabolotnı, 90+8.
Krılya Sovetov – Nijni Novqorod 3:1
Qaldames, 71; 76. Orosko, 90 – Boselli, 57.
1. Lokomotiv 6 5 0 1 15-7 15
2. Zenit 6 4 2 0 15-1 14
3. Krasnodar 6 3 3 0 6-3 12
4. Dinamo M 6 4 0 2 9-4 12
5. Spartak 6 3 2 1 9-3 11
6. ÇSKA 6 3 1 2 13-4 10
7. Rubin 6 3 1 2 11-11 10
8. Rostov 6 2 2 2 9-12 8
9. Krılya Sovetov 6 2 0 4 6-12 6
10. Nijni Novqorod 6 2 0 4 6-12 6
11. Ximki 6 1 3 2 9-11 6
12. Orenburq 6 1 2 3 7-11 5
13. Dinamo Mh 6 1 2 3 2-6 5
14. Akron 6 1 1 4 7-13 4
15. Fakel 6 1 1 4 2-10 4
16. Axmat 6 0 4 2 4-10 4
Bombardirlər: Qluşenkov (Zenit) – 7, Daku (Rubin) – 5.
Növbəti turun oyunları avqustun 31-i – sentyabrın 1-i aralığında keçiriləcək: Ximki – ÇSKA, Nijni Novqorod – Zenit, Spartak – Rubin, Axmat – Akron, Orenburq – Dinamo M, Krılya Sovetov – Dinamo Mh, Lokomotiv – Krasnodar, Rostov – Fakel.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“İlk yarıda “Spartak” oyun baxımından bizi üstələdi. Rəqibin təhlükəli hücumları daha çox oldu. Biz isə hücumları düzgün qurmurduq. Çünki sürətimiz aşağı idi. İkinci hissədə bəzi detalları dəyişdik və daha maraqlı oynamağa başladıq. Qol fürsətləri də yaxaladıq. Amma qırmızı vərəqədən sonra həm oyunun axarı, həm də sistemimiz dəyişdi. Düzdü, azlıqda bəzi anlarda elə yaxşı oynayırdıq ki, heç tam heyətlə olanda o cür oynaya bilmirdik. Bir tərəfdən uduzmamağımızı müsbət məqam saymaq olar. Amma digər tərəfdən öz meydanımızda oynayırdıq və qalib gəlmədiyimiz üçün bu nəticə bizi qane edə bilməz. Müəyyən səbəblər üzündən ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Üzərimizdə işləməkdə davam edəcəyik”.
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Ölkənin ən böyük derbisində hətta ən xırda detallar da həmişə mühüm əhəmiyyət kəsb edir. Komandamdan razıyam. Rəqibdən çəkinmədən oynadıq. 30 dəqiqə bir oyunçu artıq oynamaq böyük üstünlükdü. Qol vurmaq üçün yaxşı fürsətlərimiz oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. “Zenit“in qapıçısı ən xoş sözlərə layiqdi. Stadion çox gözəl idi. Fanatlar da əla atmosfer yaratmışdılar. Yerakoviçə gəlincə, onu “çupa” adlandırıram. Mənim üçün oğlum kimidi. Gözümün qabağında böyüyüb. Təəssüf ki, bu gün qırmızı vərəqə aldı. Amma mən hətta öz doğma qardaşıma qarşı oynayanda da qalib gəlmək istəyirəm”.





