“Ximki”ni minimal hesabla məğlub edən “Nijni Novqorod” tarixində ilk dəfə elitada ardıcıl 2 görüşdə qol buraxmadan qələbə qazandı. Bu, komandanın elitada 94-cü oyunu idi.”Rostov”la “Rubin”in duelində isə qalib müəyyənləşmədi.
İkinci oyun günü “Lokomotiv”in Mahaçqala “Dinamo”su üzərində inamlı qələbəsi ilə start götürdü. Tarixində ilk dəfə elitada oynayan Mahaçqala təmsilçisi 4-cü turu da qələbəsiz başa vurdu. 4 tura 9 xal “dəmiyolçular”ın 2017/18-dən bəri ən yaxşı startıdı. Məhsuldarlıq baxımından isə komanda 4-cü turlar üçün şəxsi rekordunu yenilədi! Onu da vurğulayaq ki, “Loko”nun premyer-liqada evdəki məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi. Bu, Yuri Syominin sonuncu dönəmindən (2017/18) bəri ən yaxşı göstəricidi.
Turun mərkəzi oyunu Sankt-Peterburqda keçirildi. Ötən mövsüm “Zenit”i səfərdə yenməyi bacaran və son tura qədər çempionluq mübarizəsində yer alan Moskva “Dinamo”su bu dəfə “Qazprom Arena”dan başıaşağı ayrıldı. Mövsümə fırtına kimi başlayan Qluşenkov yenə meydanı qolsuz tərk etmədi.
Maraqlıdı ki, 24 yaşlı futbolçu ötən mövsüm “Lokomotiv”in heyətində premyer-liqada 29 oyuna 6 dəfə fərqlənmişdisə, bu mövsüm ilk 4 tura artıq 7 qol vurub! Oyunun son anlarına isə Latışonok damğa vurdu. “Zenit”ə bu yay “Baltika”dan gələn 26 yaşlı qapıçı 86-cı dəqiqədə piterlilərin qapısına təyin olunan şübhəli penalti zamanı Nqamaleunun zərbəsini dəf etməyi bacardı. “Zenit”in heyətində premyer-liqada ev matçında penalti dəf edən sonuncu qapıçı 2014-cü ildə Yuri Lodıgin olmuşdu.
Vahid liderliyi ələ keçirən “Zenit” Rusiya çempionatı tarixində mövsümə 4 “quru” qələbə ilə başlayan 3-cü komanda oldu. Daha öncə bunu 2001-ci ildə Aleksandr Tarxanovun “Krılya Sovetov”u və 2015/16-da Leonid Slutskinin ÇSKA-sı bacarmışdı. “Krasnodar” bu mövsüm hələ ki ÇSKA-dan başqa heç kimi məğlub edə bilmir. Superkubokda “Zenit”ə uduzan, premyer-liqanın ilk 3 turundan isə bərabərliklə ayrılan Murad Musayevin komandası ÇSKA-ya qarşı keçirdiyi hər iki rəsmi oyunda qələbəyə sevinib. “Öküzlər” iyulun 31-də ölkə kuboku çərçivəsində “hərbçilər”i evə əliboş yola salmışdılarsa (1:0), bu dəfə eyni uğura premyer-liqa çərçivəsində nail oldular. İlk 3 turu xalsız tamamlayan “Krılya Sovetov” “Fakel”lə oyunda mövsümdə ilk qələbəsini qazandısa, “Spartak”ın rəsmi matçlarda 3 oyunluq qələbə seriyası evdə “Axmat”la qarşılaşmada qırıldı.
Qeyd edək ki, “Spartak” 2024-cü ildə artıq 8-ci dəfə qapısını toxunulmaz saxladı və bu, premyer-liqa klubları arasında ən yaxşı göstəricidi.
4-cü tur
Zenit – Dinamo Mos. 1:0
Qluşenkov, 55.
Zenit: Latışonok, Karavayev, Yerakoviç, Nino, Santos, Barrios, Vendel (Artur, 52), Qluşenkov (Qorşkov, 88), Klaudinyo (Yeroxin, 88), Pedro (İzidor, 74), Kassyerra (Mantuan, 73).
Dinamo: Lunyov, Dasa, Balbuena, Maystoroviç, Laksalt, Çaves (Skopintsev, 73), Fomin (Mariçal, 88), Qladışev (Karraskal, 46), Bitello, Nqamaleu, Tyukavin.
Krasnodar – ÇSKA 2:1
Batçi, 45+1. Tormena, 90+1 – Diveyev, 68.
Krasnodar: Aqkatsev, Petrov (Kozlov, 82), Kayo (Tormena, 19), Kosta, Olasa, Pina (Çernikov, 83), Kastanyo (Olusequn, 72), Batçi, Spertsyan, Sa, Kobnan (Krivtsov, 72).
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa (Lukin, 44), Moyzes, Kruqovoy (Koyta, 56), Zdelar (Kislyak, 88), Bistroviç (Fayzullayev, 46), Oblyakov, Jemaletdinov (Kellven, 56), Musayev.
Lokomotiv – Dinamo Mah. 2:0
Samoşnikov, 10. Morozov, 64.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Morozov, Silyanov, Barinov, Karpukas (Sarveli, 65), Samoşnikov, Pinyaev (Rakov, 46), Batrakov, Vorobyov (Süleymanov, 65),
Spartak – Axmat 0:0
Spartak: Maksimenko, Denisov (Xluseviç, 66), Litvinov, Babiç, Ryabçuk, Prutsev (Joze, 46), Umyarov (Maslov, 73), Bonqonda (Meleşin, 83), Barko, Zinkovski (Markinyos, 46), Uqalde.
Nijni Novqorod – Ximki 1:0
Ojeqoviç, 17.
Rostov – Rubin 1:1
Qlebov, 14 – Daku, 62-p.
Orenburq – Akron 2:2
Saharxizan, 48. Qorbani, 61 – Saviçev, 45+3. Danilin, 64.
Krılya Sovetov – Fakel 2:0
Kostantsa, 75. Orosko, 78.
1. Zenit 4 4 0 0 14-0 12
2. Dinamo Mos. 4 3 0 1 8-3 9
3. Lokomotiv 4 3 0 1 11-5 9
4. ÇSKA 4 2 1 1 9-3 7
5. Spartak 4 2 1 1 6-3 7
6. Nijni Novqorod 4 2 0 2 4-7 6
7. Krasnodar 4 1 3 0 3-2 6
8. Orenburq 4 1 2 1 5-7 5
9. Rostov 4 1 2 1 4-7 5
10. Ximki 4 1 1 2 5-7 4
11. Akron 4 1 1 2 6-7 4
12. Rubin 4 1 1 2 7-10 4
13. Krılya Sovetov 4 1 0 3 3-10 3
14. Axmat 4 0 3 1 1-6 3
15. Dinamo Mah. 4 0 2 2 1-4 2
15. Fakel 4 0 1 3 1-7 1
Bombardirlər: Qluşenkov (Zenit) – 7, Diveyev (ÇSKA) – 4.
Növbəti turun oyunları avqustun 17-19-u aralığında keçiriləcək: Dinamo Mos. – Krılya Sovetov, Rostov – Orenburq, Ximki – Zenit, Fakel – Spartak, ÇSKA – Lokomotiv, Krasnodar – Nijni Novqorod, Akron – Rubin, Dinamo Mah. – Axmat.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Çox çətin oyun alındı. Hərəkətliliyimiz istənilən səviyyədə deyildi. Son ötürmələri vermək baxımından da problem yaşadıq. İlk yarıda bəzi baxımlı hücumlarımız oldu. Bir epizodu saymasaq, müdafiədə də etibarlı oynadıq. İlk yarıda çatışmayan yalnız qol oldu. Amma fasilədən sonra bizə lazım olan qolu vurduq. Hakimliklə bağlı çoxlu suallar olsa da, bu mövzuya toxunmaq istəmirəm. Məni maraqlandıran yalnız qapımıza penalti təyin olunmasının səbəbidi. Məgər top sinədən gəlib ələ dəyəndə penalti verilir? Bu epizoda kimsə aydınlıq gətirilməlidi. Klub tərəfindən həmin epizoda etiraz edilib-edilməyəcəyini bilmirəm. Bu, rəhbərliyin işidi. Sadəcə, qaydalar hər dəfə fərqli tətbiq olunur. Bu da məni təəccübləndirir. Qapıçımız əla oyun keçirdi. Onu matçın ən yaxşı futbolçusu seçməsələr də, bu ada ən çox o layiq idi”.
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Oyunçularım əllərindən gələni etdilər. Elə oyunlar olur ki, rəqibin sıx müdafiəsini heç cür yara bilmirsən. Hər ötən dəqiqə işimiz çətinləşirdi. Rəqibin isə əksinə, özünəinamı artırdı. Oyunçularımı heç nədə günahlandıra bilmərəm. Onları ölənə qədər qoruyacam! Qarşıda hələ çox oyun var. Hakimlik? Yaxşısı budu, hakimlik mövzusuna toxunmayım. Çünki düşündüklərimin hamısını dilə gətirsəm, məni nəinki 4-5, hətta 10 oyunluğa da cəzalandıra bilərlər. Oyunçularımı baş məşqçisiz qoymaq istəmirəm”.





