• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” və “Bavariya” mövsümə çətin qələbə ilə başladı - TURUN ŞƏRHİ

Dünya futbolu

29-08-2024, 20:0

Bundesliqada mövsümə adəti üzrə son çempionun oyunu ilə start verildi.

Bu ənənə artıq 23-cü mövsümdü davam edir. Maraq üçün bildirək ki, bu 23 mövsümün heç birində açılış oyununda son çempionlar uduzmayıb (18 qələbə, 5 heç-heçə)! Gözlənildiyi kimi, “Bayer-04” üçün Münhenqladbax səfəri asan gəzinti olmadı. Ötən mövsüm bundesliqada Xabi Alonsonun komandasından qol buraxmayan yeganə rəqib məhz “Borussiya” olmuşdu. Düzdü, bu hadisə Leverkuzendə baş vermişdi (0:0). Son çempion ilk yarını Caka və Virtsin qolları ilə iki topluq üstünlüklə tamamladı. “Borussiya” fasilədən sonra geridönüş etsə də, son dəqiqə qollarının kralı olan “Bayer-04” qələbəni qopara bildi. Əsas vaxta əlavə olunan 11-ci dəqiqədə Virtsin penalti zərbəsini qapıçı dəf etsə də, istedadlı futbolçu dönən topu boş qapıya göndərdi. “Aspirinlər”in ölkədaxili turnirlərdə məğlubiyyətsiz seriyası 42 oyuna çatdı (35 qələbə, 7 heç-heçə). Onu da bildirək ki, “Bayer-04” Alonsonun dönəmində rəsmi oyunlarda 80-ci dəqiqədən sonra vurduğu qolların sayını 41-ə çatdırdı!

Şənbə gününün oyunları meydan sahibləri üçün uğurlu alındı. Ötən mövsümün vitse-çempionu “Ştutqart”ın yeni mövsümə məğlubiyyətlə başlaması diqqəti çəkdi. Şvabiyalılar Frayburq səfərində hesabı açsalar da, sonradan 3 top buraxdılar. “Hoffenhaym” debütant “Holştayn”ı evə əliboş yola saldı. Yeni transfer Nusa “Bohum”la ev oyununda “Leyptsiq”in qəhrəmanına çevrildi 19 yaşlı norveçli vinger meydana çıxandan cəmi 4 dəqiqə sonra qələbə qolunun müəllifi oldu. “Verder” Auqsburqdan, “Union” isə Mayntsdan xalla qayıtmağı bacardı. Günün son oyunu Dortmundda keçirildi. Nuri Şahin bundesliqadakı debüt matçında özünü yaxşı tərəfdən göstərməyi bacardı. Çünki onun əvəzetmələri özünü doğrultdu. İkinci hissədə meydana çıxanlardan biri olan Bayno-Gittensin dublu sayəsində “arılar” mövsümə 3 xalla start verdi. Maraqlıdı ki, gənc ingiltərəli vinger ötən mövsüm bundesliqada cəmi 1 qol vurmuşdu. Yeri gəlmişkən, “Borussiya” ardıcıl 10-cu dəfə ilk turu qələbə ilə tamamladı ki, bu da turnirin tarixinin yeni rekordudu.

Tura bazar günü iki qarşılaşma ilə yekun vuruldu. Debütant “Sankt Pauli” evdə “Haydenhaym”a uduzmaqla mövsümə uğursuz başladı. Xatırladaq ki, “Haydenhaym” elitada cəmi 2-ci mövsümünü keçirməsinə baxmayaraq, Almaniyanı avrokuboklarda təmsil edir. Vensan Kompaninin “Bavariya”nın başında bundesliqadakı debütü Volfsburqda reallaşdı. Münhen nəhəngi fasiləyə öndə yollansa da, 2-ci yarının əvvəllərində iki top buraxmaqla “soyuq duş” yaşadı. Amma qonaqlar xarakter nümayiş etdirərək vəziyyəti öz xeyrinə dəyişdi. Qələbə qolunu Qnabri hesabına yazdı. “Volfsburq”un “Bavariya” üçün uğurlu rəqib olması növbəti dəfə təsdiqini tapdı. Belə ki, münhenlilər bu rəqibə qarşı bundesliqada ardıcıl 19-cu oyunda uduzmadılar (17 qələbə, 2 heç-heçə). “Rekordmaytser” həm də yeni mövsümə növbəti rekordla başlamış oldu. Belə ki, komanda ardıcıl 13-cü mövsümün ilk turunda uduzmadı (11 qələbə, 2 heç-heçə). Daha öncə heç kimin belə seriyası olmayıb.

1-ci tur
Volfsburq – Bavariya 2:3
Mayer, 47-p.; 55 – Musiala, 19. Kaminski, 65-öz qapısına. Qnabri, 82. (28917)
Bavariya: Noyer, Boe (Müller, 65), Kim Min Çje (Dayer, 81), Upamekano, Devis, Kimmix, Pavloviç, Olise (Koman, 75), Musiala, Qnabri, Keyn.
Borussiya D – Ayntraxt F 2:0
Bayno-Gittens, 72; 90+3. (81365)
Borussiya: Kobel, Ryuyerson, Anton, Zyule, Şlotterbek, Malen (Bayer, 59), Qross, Əmrə Can (Reyna, 81), Zabitser (Nmeça, 81), Brandt (Bensebayni, 85), Adeyemi (Bayno-Gittens, 59).
Borussiya M – Bayеr-04 2:3
Elvedi, 59. Klayndinst, 85 – Caka, 12. Virts, 38; 90+11. (54042)
Bayer-04: Qradetski, Frimponq, Tapsoba, Ta, İnkapye, Qrimaldo, Caka, Andrix (Qarsiya, 82), Hofmann (Terye, 65), Virts, Bonifeys (Adli, 82).
Lеyptsiq – Bohum 1:0
Nusa, 59. (44611)
Leyptsiq: Qulaçi, Simakan (Henrixs, 55), Orban, Lukeba, Raum, Kampl, Zayvald (Nusa, 55), Aydara (Klostermann, 75), Simons, Openda (Baumqartner, 86), Şeşko (Poulsen, 75).
Frayburq – Ştutqart 3:1
Kübler, 26; 61. Doan, 54 – Demiroviç, 2. (34700)
Ştutqart: Nübel, Ştensel (Çeys, 65), Ştiller, Şabo, Kratsiq (Mittelştadt, 57), Miyo, Karazor (Dil, 65), Levelinq, Dəniz Undav (Rider, 65), Fürix (Voltemade, 81), Demiroviç.
Hoffеnhaym – Holştayn 3:2
Kramariç, 6-p.; 37; 87 – Bernhardsson, 63. Maçino, 89. (18503)
Hoffenhaym: Baumann, Kaderjabek, Dreksler, Stax, Akpoquma, Prass (Nsoki, 89), Prömel, Qrillitş (Qayqer, 69), Hlojek (Berişa, 59), Bülter (Larsen, 59), Kramariç (Moerştedt, 90).

Auqsburq – Verder 2:2
Recbeçay, 16. Essende, 35 – Aqu, 12. Njinma, 58. (30660)
Maynts-05 – Union 1:1
Əmiri, 53 – Beneş, 74. (31500)
Sankt Pauli – Haydenhaym 0:2
Vanner, 66. Şöppner, 82. (29157)
Bombardir: Kramariç (Hoffenhaym) – 3.
Növbəti turun oyunları avqustun 30-u – sentyabrın 1-i aralığında keçiriləcək: Union – Sankt Pauli, Holştayn – Volfsburq, Bayеr-04 – Lеyptsiq, Bohum – Borussiya M, Ayntraxt F – Hoffеnhaym, Ştutqart – Maynts-05, Verder – Borussiya D, Haydenhaym – Auqsburq, Bavariya – Frayburq.

Turun rəqəmi
474 – Tomas Müller üçün bu tur statistik baxımdan əlamətdar oldu. O, 474-cü oyununu keçirməklə əfsanəvi Zepp Mayeri geridə qoydu və “Bavariya” tarixində bundesliqada ən çox oyun keçirən futbolçuya çevrildi! Bundan başqa, Müller Münhen nəhənginin heyətində rəsmi oyunların sayına (709) görə rekordçu olan Mayerə çatdı. Maraq üçün bildirək ki, bundesliqa tarixində ən çox oyun keçirən futbolçu Karl-Haynts Körbeldi. Hazırda 69 yaşı olan Körbel turnirdə 602 oyuna çıxıb və bunların hamısını Frankfurt “Ayntraxt”ının heyətində keçirib.

Turun ulduzu
Andrey Kramariç (Hoffenhaym) – təcrübəli forvardı artıq əminliklə “Hoffenhaym”ın əfsanəsi saymaq olar. Klub tarixinin açıq-ara fərqlə ən məhsuldar oyunçusu statusunda olan 33 yaşlı futbolçu ötən mövsümün son turunda “Bavariya” ilə oyunda het-trik etmişdi. O, yeni mövsümə də het-triklə start verdi. Kramariç bundesliqa artıq 2-ci dəfə ilk turda het-trik etməyi bacardı. Xorvatiyalı daha öncə 2020/21-in startında “Köln”lə səfər oyununda da bu uğuru yaşamışdı. Turnirin tarixində iki fərqli mövsümün ilk turunda ən azı 3 qol vurmağı daha öncə yalnız iki futbolçu – Herd Müller ilə Klaus Fişer bacarmışdı. Yeri gəlmişkən, ötən mövsümü də nəzərə alsaq, Kramariç ardıcıl 8-ci turda ya məhsuldar ötürmə verir, ya da qol vurur. “Hoffenhaym”da daha öncə heç kimdə belə seriya olmamışdı.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“İlk yarıda rəqib, ümumiyyətlə, qapımıza yaxınlaşa bilmədi. Amma ikinci hissəyə çox uğursuz başladıq. Bununla belə, buraxılan qollara çox düzgün reaksiya verdik. Toparlandıq və qələbə qazandıq. Səhvlər futbolun ayrılmaz hissəsidi. Əsas odu ki, səhvə düzgün reaksiya verməyi bacarasan. Baş məşqçi kimi bundesliqadakı ilk oyunumdan razı qaldım”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-02-2024, 00:0

“Ştutqart” Leverkuzendə sonluğu gətirə bilmədi

Dünya futbolu

24-02-2024, 16:0

''Qarabağ''ın rəqibi Almaniya futbolunda yeni tarix yazdı

Avropa Liqası

4-03-2024, 10:0

“Bayer-04” uğurlu seriyanı davam etdirdi

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

24-08-2024, 11:0

“Bayer-04” Alonso ilə daha bir titul qazandı - ŞƏRH

Dünya futbolu

18-03-2024, 12:0

Mövsüm ərzində 3-cü dəfə!

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə