Bu həftə Almaniya kubokunda daha iki yarımfinalçı bəlli olmalı idi.
"Football-plus.az" xəbər verir ki, amma bu mövsüm Almaniya kubokunun əsas sürprizi sayılan və “Bavariya”, “Ayntraxt” kimi klubları mübarizədən kənarlaşdıran 3-cü bundesliqa təmsilçisi “Saarbrükken”in Münhenqladbax “Borussiya”sına qarşı fanatları önündə keçirməli olduğu oyun güclü yağış üzündən təxirə salındı. Hələ ki matçın yeni tarixi ilə bağlı məlumat yoxdu.
Leverkuzendəki qarşılaşma isə gözlənildiyi kimi, baxımlı alındı. Bundesliqada 1-ci və 3-cü pillədə qərarlaşmış klubların duelində qapılara 5 qol vuruldu. Şvabiyalılar matçın böyük hissəsini öndə keçirdilər. Amma onların hər iki qoluna meydan sahiblərinin cavabı tapıldı. Düşünmək olardı ki, oyun əlavə vaxta gedəcək. Amma nağıllardakı kimi bir mövsüm keçirən Xabi Alonsonun komandası fanatlarına daha bir unudulmaz qələbə yaşatdı. 90-cı dəqiqədə hücuma qoşulan mərkəz müdafiəçisi Ta başla topu yaxın küncə göndərərək “Bayer-04”ü yarimfinala daşıdı. “Aspirinlər” kubok çərçivəsində “Ştutqart”a qarşı keçirdikləri 4-cü oyunda 4-cü qələbəni bayram etdilər. Leverkuzen təmsilçisi 2020-dən bəri ilk dəfə yarımfinala yüksəldi. Maraq üçün bildirək ki, “Bayer-04” bu turniri yalnız bir dəfə - 1992/93-də qazanıb. Bu, 119 illik tarixə malik klubun ölkədaxili turnirlərdə qazandığı yeganə tituldu!
1/4 final
Bayer-04 – Ştutqart 3:2
Andrix, 50. Adli, 66. Ta, 90 – Anton, 11. Fürix, 58.
Bayer-04: Kovarj, Frimponq (Stanişiç, 90+3), Tapsoba, Ta, İnkapye, Qrimaldo, Caka, Andrix, Hofmann (Adli, 74), Virts (Hlojek, 90+3), Şik (İqlesias, 64).
Ştutqart: Nübel, Vaqnoman, Ruo, Anton, İto, Mittelştadt (Sterqiu, 70), Karazor, Ştiller, Miyo (Levelinq, 62), Fürix (Mahmud Dahud, 79), Dəniz Undav.
Bu mərhələnin qalan oyunlarının nəticələti: Sankt Pauli (D-2) – Fortuna (D-2) 2:2, p.-3:4 (Hartel, 60-p. Buxalfa, 120+1 – Vermey, 38-p. Tanaka, 99), Herta (D-2) – Kayzerslautern (D-2) 1:3 (Reze, 90+1 – Elvedi, 5. Taçi, 38. Kaloç, 69).
“Saarbrükken” (D-3) – “Borussiya” (M) oyunu hava şəraiti üzündən təxirə salınıb.
ALMANİYA ÇEMPİONATI
18-ci turdan təxirə salınan oyun: Maynts-05 – Union 1:1 (Burkardt, 45+8 – Qosens, 45+13. 26200).
“Ştutqart” Leverkuzendə sonluğu gətirə bilmədi
Dünya futbolu





