Bundesliqada fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyada Florian Virts qalib gəlib.
Bu barədə Almaniya çempionatının yüksək liqasının saytı məlumat yayıb. “Bayer-04”ün yarımmüdafiəçisi bundesliqada ötən ay meydana çıxdığı 4 matçda 3 məhsuldar ötürmə vermişdi. Qeyd edək ki, Florian bu mövsüm 3-cü dəfə ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
20 yaşlı futbolçu “Bayer-04”ün yetirməsidi. O, əsas komandada 2020-ci ildən çıxış edir. Virtsin indiyədək bundesliqada 102 oyuna 20 qol vurduğunu da xatırladaq.