“Milan”ı müvəqqəti tərk etdi

25.08.2024 15:16 322
Dünya futbolu
Tommazo Pobeqa “Milan”ı müvəqqəti tərk edib.

“Football-plus.az” xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında “Bolonya”ya keçib. 25 yaşlı oyunçu bu mövsümün sonuna kimi “Bolonya”da çıxış edəcək. Klub yayda italiyalı futbolçunu birdəfəlik transfer edə bilər.

Tommazo “Milan”ın yetirməsidi. O, komandada 43 oyun keçirib və 3 qol vurub.