“Roma” heyətinə yeni oyunçu cəlb edib.
“Empoli”nin yarımmüdafiəçisi Tommazo Baldantsi paytaxt klubuna transfer olunub. 20 yaşlı futbolçu “Roma”da “35” nömrəli formada çıxış edəcək.
Tommazo “Empoli”nin yetirməsidi. O, komandanın heyətində 44 oyun keçirib və 6 qol vurub.