Maruan Fellayni karyerası ilə bağlı vacib qərar verib.
“Football-plus.az” xəbər verir ki, Belçika millisinin sabiq yarımmüdafiəçisi peşəkar futbol həyatını başa vurduğunu açıqlayıb. 36 yaşlı futbolçunun sonuncu klubu “Şandun Lunen” olub. Fellaini daha əvvəl “Mançester Yunayted”, “Everton” və “Standard”da çıxış edib. O, Belçika millisində 87 oyuna 18 qol vurub.
Maruanın MY ilə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə superkubokunu qazandığını və Avropa Liqasının qalibi olduğunu da bildirək.