“Zirə”nin rəqibindən transfer

13.08.2024 20:58 361
Dünya futbolu
"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek" növbəti transferini həyata keçirib.

“Football-plus.az” klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi İsveç "Varnam"ının mərkəz müdafiəçisi Emin Hasiçi transfer edib. 21 yaşlı oyunçu İsveçin U-21 millisinin şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” “Osiyek”lə ilk matçda səfərdə 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.